Daha 39 ailə Füzuli şəhərinə yola salınıb

# 12:31
22 aprel 2024

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. - Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 31 ailə, 144 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınıb. Beyləqan, Füzuli və Şamaxı rayonlarında məskunlaşmış 8 ailə, 28 nəfər isə məskunlaşdıqları ərazidən yola salınacaqlar. Onlar Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər. Bakıdan və Sumqayıtdan yola salınan Füzuli sakinləri öz sevinclərini media nümayəndələri ilə bölüşüb. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

LƏMAN SALEHOVA

VÜSAL BAYRAMOV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR