“Demək olar bütün günü telefon əlimizdən düşmür”

# 19:26
14 fevral 2024

“Demək olar bütün günü telefon əlimizdən düşmür” – APA TV Azərbaycanda sosial şəbəkələrə maraq kəskin şəkildə azalıb. Məsələn, ötən ilin iyulunda “İnstagram”dan istifadə 53.76 faiz idisə, bu rəqəm ilin sonunda 36.64 faiz təşkil edib. 2023-cü ilin yanvarında “X” sosial şəbəkəsindən istifadə 8.06 faiz, ilin sonunda isə 7.58 faiz təşkil edib. Azalma tempi Youtube, Facebook şəbələrində də nəzərə çarpır. Maraqlıdır, telefondan geniş istifadə olunan dövrdə sosial şəbəkələrə marağın itməsinin səbəbi nədir? İT expert Fərhad Mirəliyev bildirir ki, Azərbaycanda insanlar ortalama vaxtının 1.5 saatını tik-tok sosial şəbəkəsində keçirir. Bu, “X” sosial şəbəkəsindən 3 dəfə çox, instagram, youtube və facebookdan isə iki dəfə azdır. Bəs, Tik-tok sosial şəbəkəsinə rəqib varmı? Eyni zamanda expert bildirdi ki, izləyici kütləsi daha çox tiktoka axın etdiyi üçün reklam şirkətləri də bu şəbəkəyə keçid edirlər.

SÜNBÜL HÜSEYNOVA ARİF ƏLİYEV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR