DİQQƏT: İrandan, Gürcüstandan gələn bu mallar çox təhlükəlidir

# 20:00
16 dekabr 2023

Saxta məhsulların orijinal adı ilə satılması hallarına çox rast gəlirik. Xüsusən də ölkəmizdə mənşəyi bəlli olmayan yuyucu toz, qabyuyan, sabun kimi təmizlik məhsullarının satılması kütləvi hal alıb. Belə mallar adətən orijinal məhsulun qiymətindən ucuz, təxminən iki dəfə aşağı qiymətə satılır. Bu cür məhsulların üzərində lazım olan məlumatlar ya olmur, ya da bütün yazılar başqa dildə olur. Bütün bunlar həmin məhsulların keyfiyyətini və mənşəyini şübhə altına alır. Alıcılar belə malları qiymətinin ucuzluğuna görə alsalar da, razı qalmırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, məhsulun üzərindəki yazılar oxunaqlı, tez silinməyən olmalı, firma adı, seriya nömrəsi qeyd olunmalı, istifadə qaydaları aydın izah edilməlidir. Ekspert deyir ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə ölkənin əmtəə bazarında satılan bütün mallar etiketləşdirilməli və xarici dillə bərabər milli dildə də informasiya olmalıdır. Dermatoloq Pərviz Dadaşov deyir ki, yuyucu, təmizləyici vasitələrin seçimində diqqətli olmaq, dərinin aşınmasına daha az səbəb olan vasitələri seçmək lazımdır. Üstəlik bu məhsullar keyfiyyətsizdirsə, mənşəyi bəlli deyilsə, bu zaman ikiqat ehtiyatlı olmaqda fayda var. Həkim bildirir ki, belə məhsullardan məcburi yararlandıqda qoruyucu vasitələrdən və əlcəkdən istifadə etmək lazımdır. AYNUR QARA RASİM BƏHRAMİ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR