Dolu Goranboyda bağları bu hala saldı

# 17:27
13 may 2024

Ötən gün axşam saatlarında düşən dolu rayon mərkəzində, Nərimanlı və Zeynallı kəndlərində təsərrüfatlara ziyan vurub. 10 dəqiqə davam edən dolu daha sonra yağışla əlavə olunub. Sakinlər bildiriblər ki, kəndlərinə indiyə qədər belə iri dolu yağmayıb. Sakinlər deyir ki, ağacların üstündə qalan meyvələrə də zədə görüb. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasından bildirilib ki, hazırda icra nümayəndələri kəndlərə ezam olunub. Təbiət hadisəsi zamanı ziyanın olub-olmaması barədə məlumat veriləcək. Qeyd edək, ötən gün Goranboy ilə bərabər Göygöl, Tovuz rayonlarına və Gəncənin Hacıkənd qəsəbəsində dolu yağıb.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR