Dostunu dəfn etmək üçün qaldığı rayonda həyat qurdu – Mustafa bəy kimdir?

# 18:19
2 noyabr 2023

Azərbaycan Türkiyə dostluğu indi olduğu kimi 100 il qabaq da hər kəsə nümunə idi. Erməni təcavüzünün qarşısını almaq üçün Nuru paşanın rəhbərliyi altında Azərbaycana gələn Qafqaz İslam Ordusu bunun bariz nümunəsidir. Qardaş xalqdan dəstəyini əsirgəməyən bu ordunun əsgərlərinin ölkəmizin müxtəlif yerlərində xatirələri, izləri qalmaqdadır. O əsgərlərdən biri də məzarı Balakən rayonunun Şambulbinə kənd məzarlığında olan Mustafa Hacıəhməd oğlu Şakirovdur. Mustafa Şakirov Qafqaz İslam ordusunun demək olar ən gənc əsgəri olub. Müharibə yekunlaşdıqdan sonra isə ağır yaralı olan çavuş dostu onu dəfn etmədən getməməyi xahiş edir. Dostunun vəsiyyətini yerinə yetirən Mustafa daha vətəninə qayıtmır. Qardaş köməyinə gələn və burada yaşamağa qərar verib, Şambulbin kəndində özünə ailə, həyat quran bu türk əsgəri haqqında kənd sakinləri müsbət fikirdədir. Mustafa bəy insanların yaddaşında qayğıkeşliyi və azərbaycanlılara olan sevgisi ilə qalıb. O, burada heç vaxt qəriblik hiss etməyib. 1971-ci ildə dünyasını dəyişən Türk əskəri Müstafanın məzarı Şambulbinə məzarlığındadır. Mustafa bəyin oğlu Məhəmməd Şakirov deyir ki, vaxtilə türk olduğu üçün onu əsgər aparmayıblar. Ancaq indi 85 yaşlı Məhəmməd kişi qürurla 2 oğlunun vətənin keşiyində olduğunu deyir.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR