“Ehsanlar yoxdur, heyvan satılmır” - Şərurun mal bazarında

# 15:05
13 noyabr 2023

Rayonunun girişində yerləşən bazarda yalnız həftə sonları - bazar günləri bu qədər adamı bir yerdə görmək mümkündür. Səhər saat 5-də, 6-da burada artıq qızğın alver başlayır. Son zamanlar muxtar respublikada yas mərasimlərində ehsanların verilməməsi bazarda satışa də təsir edib. İndi bazarda istənilən qiymətə heyvan almaq mümkündür. Satıcılar bildirir ki, otun, yemin qiymətini nəzərə alanda ətin və diri heyvanın satış qiyməti heyvan saxlayan şəxslərə sərf edir. Alıcılar bazardan istədikləri heyvanı uyğun qiymətə almaq üçün səhər tezdən bura gəlirlər. Çünki alverçilər günortaya kimi ucuz olan malları alır, daha sonra baha qiymətə satırlar. Bu səbəbdən hətta bəzi qəssablar bazarın girişində dayanır, heyvanları oradan daha ucuza almağa çalışırlar. Alıcılar deyir ki, 6 ay bundan öncə ətin qiyməti 10 manat idi, indi isə 13 manat. Ancaq yem ucuz olduğundan indi mal alıb saxlamaq daha çox xeyir edir. Bazarda səhərin səs-küylü halı günortaya yaxın yavaş-yavaş səngiyir. Demək olar ki, bazarda həmin vaxt yalnız alverçilər qalır. O da uzaq kənddən gələn insanlardan heyvanları dəyərindən aşağı qiymətə almaq üçün.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR