“Əlçatmaz qalanı götürüb qum saatı kimi fırlatdıq”

# 17:45
4 noyabr 2023

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Birinci Qarabağ savaşı və 44 günlük müharibədə döyüşən rəssamların müharibə təəssüratlarından ibarət sərgi keçirilib. Sərgidə Rəssamlıq Akademiyasının qazi tələbə və müəllimlərinin yaradıcılıq əsərləri nümayiş olunub. Həmçinin, şəhid Samir Kaçayevin əsərləri də sərgidə yer alıb. Tədbirdə rəssamlara həsr olunan “Kətan Vətən” adlı sənədli film də nümayiş olunub. Filmdə hər iki Qarabağ savaşında döyüşən 4 rəssam - Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov və Fərid Məmmədovun 6 metrlik panno üzərində öz döyüş xatirələrini, müharibəyə insani və yaradıcı münasibətlərini çəkdiklərindən bəhs edilir. Qeyd edək ki, ilk dəfədir belə bir müştərək işin həyata keçirilməsi Azərbaycan Telefilm Yaradıcılıq Birliyi tərəfindən ərsəyə gələn “Kətan, Vətən” filmində öz əksini tapıb. Filmin ssenarist rejissoru olan Rövşən Nicat orda rəssamların döyüş vaxtı olan yaşantılarını görüntüyə alıb. Qeyd edək ki, sərgidə bir çox tanınmış rəssamlar və mədəniyət xadimləri iştirak edib.

AYNUR QARA RASİM BƏHRƏMİ APA - TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR