Əsgəranda kütləvi məzarlıq aşkarlanıb

# 16:49
8 fevral 2024

Məzarlıq Xocalının Əsgəran qəsəbəsində aşkar edilib. Məlumata görə, Əsgəran qalasının yaxınlığında aşkar edilən məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir. Müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov bildirib ki, Əsgəran qalasının ətrafında kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilir. “Bu ərazidə ola bilsin ki, daha artıq insana aid olan qalıqlar aşkarlanacaq”. Bunu isə Azərbaycan Milli Elmlər Akedemiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev Əsgəran qalası ətrafında aşkarlanan kütləvi məzaqlıqla bağlı açıqlamasında deyib. Bildirib ki, qazıntı işləri davam etdiriləcək: Aşkar edilən kütləvi məzarlığa bu gün media-tur təşkil edilib. Media-turda yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya və Herseqovina, Rusiyadan olan 35 nəfər xarici media nümayəndəsi də iştirak edib. Bildirilib ki, ərazidə davam etdiriləcək axtarış işləri nəticəsində burada yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir. İnsan qalıqlarının eyniləşdirilməsi məqsədi ilə növbəti mərhələdə nümunələr götürülərək aidiyyəti laboratoriyaya təhvil veriləcək.

Emin Babayev, Fəzail Səfərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR