"Ətçilər" adlanan ərazi zəbt olunub, tapşırıq gələndə söküləcək"
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində təxminən 30 ilə yaxındır fəaliyyət göstərən və “Ətçilər” adı ilə tanınan ərazinin ləğv edilməsi fikir ayrılıqlarına səbəb olub. Yoldan keçən sakinlər kameraya danışmaq istəməsələr də, yolun açılmasından razı olduqlarını dilə gətirdilər. Ərazidəki sahibkar və işçilər isə vəziyyətdən narahatdırlar. Onların sözlərinə görə, söküntü işləri ilə bağlı onlara heç bir xəbərdarlıq olunmayıb. Obyektləri bağlansa işsiz qalacaqlarından narahat olan keçmiş məcburi köçkünlər deyir ki, öz yurdlarına qayıdana qədər ya başqa yerə köçürülməli ya da işlə təmin olunmalıdırlar. Ətçilər və ya kababçılar arasında yerlərinin sökülməsinə məna verə bilməyənlər də oldu. Məsələ ilə bağlı AQTA-ya müraciət etdik. Qurumdan bildirildi ki, sualları aidiyyəti üzrə yerli icra qurumlarına yönəltməliyik. Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəmil Qarayevlə əlaqə saxladıq. Şöbə müdiri bildirdi ki, söküntü işləri ilə bağlı dəfələrlə xəbərdarlıq olunub. Cəmil Qarayev həmçinin qeyd etdi ki, yerdə qalan obyektlər də bağlanacaq çünki, sözügedən ərazi zəbt olumuş ərazidir. Orada heç vaxt kafe ya da kababxana nəzərdə tutulmayıb. Cəmil Qarayevin sözlərinə görə, artıq torpaqlar işğaldan azad olunub, odur ki, məcburi köçkünlər mərhələli şəkildə öz ata-baba torpaqlarına geri qayıdırlar. Onlar torpaqlarına qayıtdıqdan sonra burada məskunlaşmağa ehtiyac qalmayacaq.
LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV
DİGƏR XƏBƏRLƏR
![Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619f1bb8c1066619f1bb8c11171767375566619f1bb8c0c66619f1bb8c0e.jpg)
Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər
![Balakəndə ot biçməyə gələn fəhlələr, ev sahibinin qurd düşmüş meyitini tapdı](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619219d7e3d66619219d7e3e171767042566619219d7e3b66619219d7e3c.jpg)
Balakəndə ot biçməyə gələn fəhlələr, ev sahibinin qurd düşmüş meyitini tapdı
![Silinən zolaqlar, xarab işıqforlar, yoxa çıxan nişanları– Bu yollara niyə nəzarət yoxdur?](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/666151e0218cf666151e0218d01717653984666151e0218cd666151e0218ce.jpg)
Silinən zolaqlar, xarab işıqforlar, yoxa çıxan nişanları– Bu yollara niyə nəzarət yoxdur?
![Əli Əhmədov: “Fermer 7 manat 40 qəpik verməklə 1000 manatlıq buğdanı sığortalayır”](https://apa.az/storage/apa-tv/news/2024/june/05/big/6660704dd6b676660704dd6b6817175962376660704dd6b656660704dd6b66.jpg)