Əvvəllər gülüb ağladıqları yer, indi ancaq qan qaraldır

# 15:30
5 dekabr 2023

 

Sumqayıt şəhər 10-cu mikrorayonda 55 saylı binanın qarşısında yerləşən xeyir-şər evi sakinləri narahat edir. Bir zamanlar öz hesablarına tikdirdikləri bu mərasim evi indi sakinlərin həyatı üçün təhlükəyə çevrilib. Tək problem binanın qəzalı vəziyyətə düşməsi deyil, tikili həm də həm də yer zəbt edir. Sakinlər deyir ki, nə camaat oturmağa yer tapır, nə uşaqlar oynamağa meydan. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazidə zəruri tədbirlər görüləcək. Qeyd edək ki, sözü gedən ərazidə yerləşən üç binada 400-ə yaxın sakin yaşayır. Xədicə Səxavət, Əli Əliyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR