Fəsil dəyişkənliyi zamanı allergiyadan qorunmağın yolları

# 19:08
23 aprel 2024

 

Fəsil dəyişikliyi zamanı, yaz aylarında insanlarda bir çox mövsümü xəstəliklər baş qaldırır. Yaz mövsümündə də ən çox rast gəlinən problemlərdən biri allergik xəstəliklərin yaranmasıdır. Bu hal özünü dəridə səpgilər, gözlərdə qaşınma və sulanma, bəzən isə qrip şəklində büruzə verir. Toza qarşı allergiyam var mənim, fəsil dəyişkənliyi zamanı ağacların tozlanması ilə məndə də olur bu. İndi fəsil ilə bağlı deyil, əvvəllər yazda olurdu ona görə ki, ağaclar, güllər allergiya verirdi camaata. Amma indi yox, il boyu hamı allergiyadı. Bəli, fəsil dəyişikliyi ilə bağlı allergiya ola bilər, amma insanlar özlərini bacardığı qədər viruslardan və s. qorumalıdırlar. Allerqoloq Ramin Nəriman müsahibəsində bildirdi ki, insanda əgər fəsillə bağlı allergiya varsa, həmin insanda bitkinin tozlarına qarşı allergiya var. Yaz aylarında tozlanan bitkilər daha çox olduğu üçün əksər insanlarda allergiya bu zaman üzə çıxır. Bu xəstəliyin müalicəsinə gəldikdə isə allerqoloq qeyd etdi ki, bu allergiya immun sistemə bağlı olan cavab reaksiyalarıdır və ömürlük qalan xəstəlik vəziyyətidir. Onları mütləq nəzarətdə saxlamaq lazımdır. Əks halda daha da ağırlaşa bilər. Sonda allerqoloq bildirib ki, bütün allergik reaksiyası olan insanlar qorunma qaydasından və dərman müalicəsindən istifadə etməlidir. Şəxs küləkli havada bayıra çıxmamalıdır, çıxdığı halda baş örtüyündən, gün eynəyindən və cərrahi maskalardan istifadə etməlidir. Evdə olarkən isə küləkli havada pəncərəni açmamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR