Füzulidə 410 ailə, 1519 nəfərin daimi məskunlaşması təmin edilib

# 10:00
18 yanvar 2024

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb.Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 410 ailə, 1519 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytən Sakitqızı Arif Əliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR