Güclü leysan İsmayıllı-Qəbələ yolunda torpaq sürüşməsinə səbəb oldu
Dünən gecə saatlarında başlayan leysan yağışları Qəbələdə bəzi fəsadlara yol açıb. Leysan yağışları nəticəsində Qəbələnin Bunud və Həzrə kəndlərində sakinlərin şəxsi təsərrüfatlarına, eləcə də kənd daxili yollara ziyan dəyib. Bir neçə həyətyanı sahəyə sel suları altında qalıb. Sakinlər bildirir ki, toyuq-cücə tələf olub, sel suları bostanları məhv edib. Güclü leysan yağışları İsmayıllı-Qəbələ avtomobil yolunda fəsadlar yaradıb. Yağan güclü leysan yağışları nəticəsində magistral yolun kənarlarında aşınmalar yaranıb. Yolun dağlıq ərazidən küçən hissəsində torpaq sürüşməsi olub, nəticədə elektrik dirəklərinə ziyan dəyib. Kəndləri elektrik enerjisi ilə təmin edən xətlər də zədələnib. Hazırda ərazidə təmir-bərpa işləri aparılır. Sumağallı, Qalacıq, Qurbanəfəndi və İstisu kəndində elektrik enerjisinin verilişində fasilə yaranıb. Qeyd edək ki, leysan xarakterli yağışlar hələ də davam edir.
DİGƏR XƏBƏRLƏR
![Rusiyaya hazırlaşan Təhminəni əcəl haqladı – Bakıdakı qətlin PƏRDƏARXASI](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682a8b2c386f6682a8b2c387017198388986682a8b2c386d6682a8b2c386e.jpg)
Rusiyaya hazırlaşan Təhminəni əcəl haqladı – Bakıdakı qətlin PƏRDƏARXASI
![Sumqayıtda yeniyetmələrin mübahisəsi bıçaqlı davaya çevrildi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66829e07dcaa466829e07dcaa5171983616766829e07dcaa266829e07dcaa3.jpg)
Sumqayıtda yeniyetmələrin mübahisəsi bıçaqlı davaya çevrildi
![Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619f1bb8c1066619f1bb8c11171767375566619f1bb8c0c66619f1bb8c0e.jpg)
Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər
![Balakəndə ot biçməyə gələn fəhlələr, ev sahibinin qurd düşmüş meyitini tapdı](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619219d7e3d66619219d7e3e171767042566619219d7e3b66619219d7e3c.jpg)