HƏMASla müharibə İsraili zəiflədib – “İsral Fələstinin müstəqilliyini tanıyacaq”

# 17:51
26 dekabr 2023

HƏMASla müharibə İsraili zəiflədib – “İsral Fələstinin müstəqilliyini tanıyacaq” – APA TV “Oktyabrın 7-dən başlayan müharibəni uduzuruq, biz qalib gəlməyəcəyik.” Bu barədə İsrailin Haaretz qəzeti yazıb. Bildirilib ki, İsrail ordusunun quru əməliyyatların¬dakı uğursuzluğu artır və əgər HƏMASla danışıqlar aparılarsa, İsrail həbs edilmiş bütün fələstinlilər azad etmək, eləcə də aparılan əməliyyatları dayandırmaq kimi öhtəliklər götürməli olacaq. “Bununla belə, on minlərlə fələstinlinin öldürüldüyü, yaralandığı və dəhşətli maddi və humanitar dağıntıları nəzərə alaraq, İsraili Qəzza zolağında müharibəni tezliklə dayandırmaq qeyri-mümkün görünür. İsrail fələstinlilərin suveren, müstəqil dövlət hüququnu tanımağa və Birləşmiş Millətlər Təşkilatının qətnamələri və Səudiyyənin sülh təşəbbüsü əsasında münaqişəyə son qoymaq üçün seçdikləri rəhbərliklə danışıqlar aparmağa məcbur olacaq”, deyə --- nəşr əlavə edib. Bu arada İsrail parlamenti, - Knessetin Dövlət Nəzarət Komitəsinin sədri Mickey Levy baş nazir Benyamin Netanyahunu dərhal istefaya çağırıb. O, İsraili gələcək nəsillər üçün öhdəsindən gəlməsi mümkün olmayan iqtisadi fəlakətlə üz-üzə qaldığını deyib. Hətta deputat Levi baş nazirin sağlamlığını İsrailin rifahından üstün olduğunu da bildirib. O, ancaq özü haqqında düşünür. Onun bütün hərəkətləri özünün sağ qalmasına yönəlib və bu dövlətin rifahı üçün verdiyi qərarlardan qat-qat üstündür. Netanyahunun davranışlarından geniş narazılıq var, deyə israilli deputat Mickey Levy çıxışında vurğulayıb. O, 2024-cü ildə İsrail iqtisadiyyatının zəifləyəcəyini və xarici borcların artacağı ilə bağlı da məlumat verib. Deputat, xüsusilə də HƏMAS-a qarşı müharibədə istifadə edilən xərcləri gərəksiz hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR