“Həyəcandan danışa bilmirəm”

# 13:04
29 noyabr 2023

İşğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb. Qeyd edək ki, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib. Abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

AYNUR QARA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR