İndiyədək Füzulidə 500 ailənin daimi məskunlaşması təmin edilib
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülüb.Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 500 ailə, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.
DİGƏR XƏBƏRLƏR

Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”

Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı

Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
