İsmayıllıda sakinlər bu kəndi tərk edir – Burada cavanlar hərf tanımır

# 16:15
27 dekabr 2023

İsmayıllının gözdən könüldən iraq olan Keşxurt kəndi bircə təbiətindən yarayıb. Cəmi 14 ailənin yaşadığı kəndin nə yolu, nə suyu, nə də məktəbi, nə də elmə yiyələnmək istəyənlər üçün hər hansı bir şəraiti var. Yerli sakinlərlə yanaşı keçmiş məcburi köçkünlərin də yaşadığı kəndin başlıca problemlərindən biridə su problemidir. Buranın camaatı nə yayda, nə də qışda su tapır. Sakinlər ya su qabları ilə 7 km uzaqlıqda yerləşən qonşu kəndə gedirlər, ya da məcbur qalıb pulla su alırlar. Sakinlər deyir ki, yolla bağlı yaşadıqları problemlərə görə, dağ kəndidir deyib bağrımıza daş basardıq, amma kənddə böyüyən uşaqların təhsil almaq imkanlarının olmaması vəziyyəti bir az da çıxılmaz edib. Təhsil almaq istəyən sakinlər qonşu kənddə qalmağa yeri yoxdursa təhsildən imtina etməli olurlar. Bu market yox, tibb məntəqəsi yox, texnika yox. Problemlərin çoxluğundan sakinlər kəndi tərk edir. Əvvəllər 30-dan artıq ev olan kəndə günü gündən yaşayış olan evlərin sayı azalır. Kənddəki vəziyyətlə bağlı bələdiyyədən bildirildi ki, sözü gedən kənd dağ kəndidir və kənddə problemlər hissə-hissə həll olunur. Su probleminin köklü həlli ilə bağlı isə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, gələcəkdə mühəndis axtarış işlərinin aparılması planlaşdırılır. Kəndin yollarının vəziyyəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolun yenidən qurulması ilə bağlı təkliflər hazırlanıb. Sakinlərin təhsil problemi ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqəli məsul şəxsi Anar Osmanov isə bildirdi ki, İsmayıllı rayonunun Keşxurt kəndində cəmi 6 ailə qeydiyyatdadır: “Həmin ailələrdən cəmi birində 1 nəfər məktəbli (1-ci sinif) var. Həmin şagird isə qonşu kənddəki ( Kəlbənd kəndindəki) məktəbdə təhsil alır. Bundan əlavə həmin kənddə qeydiyyatda olmayan 11 ailə də yaşayır ki, onların məktəb yaşlı övladları yoxdur. Həmin ailələr adətən köç həyatı sürərək heyvandarlıqla məşğuldurlar. Keşxurt kəndində yaşayan ailələrin çoxu Laçın və Şuşa rayonundan olan məcburi köçkündürlər” -deyə, açıqlamada qeyd edilir.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR