İstirahət etdiyiniz yerdə videoya çəkə bilərlər: “Qurumlar ölçü götürməlidir”

# 11:03
22 fevral 2024

Gizli görüntülərin əldə olunması üçün kameralı eynək satılır. Azərbaycanda da bu eynəkləri sifarişlə əldə etmək mümkündür. Bu xəbərə sevinənlər də olub, təəssüflənənlər də. Çünki daha əvvəl liftdə blogerlərin ifrat səmimiyyəti cəmiyyətdə ajiotaja səbəb olmuşdu. Həmin vaxt hüquqşünas və ekspertlər ərazidə veb kameraların olmasından insanları xəbərdar edəcək lövhələrin vacibliyini dilə gətirmişdilər. Filmlərdə agent aksesuarı kimi görməyə alışdığımız kameralı eynəklər isə məxfilik prinsiplərini kobud formada pozmağa qadirdir. Çünki gündəlik həyatda, küçədə gəzərkən, restoranda kimləsə görüş zamanı, yaxud çimərlikdə uzanıb günəş vannası qəbul edərkən eynəkli birinin xəbərsiz videoçəkiliş etməsini heç kim istəməz. Axı bu, şəxsi həyata birbaşa müdaxilədir. Təsəvvür edin ki, hər kəs bu eynəkdən istifadə edir və insan həyatı “cəmiyyət” adlı teleseriala çevrilir. Bu səbəbdən indi qabaran məsələni yolverilməz sayanlar var. Azərbaycanda daxili və xarici təhlükəsizlik məsələlərinə həssas yanaşılır. Örnək kimi Qarabağdakı separatçıların, Bakıda bəzi ölkələrin “agentlərinin hazırda həbsdə olmasını göstərmək olar. Amma kameralı eynəklər yalnız insanların şəxsi həyatına kobud müdaxilə ilə çərçivələnmir. IT mütəxəssisləri bu eynəklər vasitəsilə danışıqların da reallaşdırılması, görüntülərin qeydə alınmasının mümkünlüyünə diqqət çəkirlər. Amma insanlar eynəyin onları çəkdiyini anlaya bilərlər, çünki... Düzü, heç “Matriks” filmində “Neo”nu öldürmək istəyən agentlərin də eynəyi belə çoxfunskiyalı deyildi. Texnologiya yenilənir, dünya müasirləşir, amma hər bir xalqın öz mental dəyərləri var. Müsahibimizin Amerika və Avropadan gətirdiyi nümunələrə əlavə olaraq deyək ki, bu cür eynəklər “evin sirri evdə qalar” deyimi ilə yaşayan ölkə üçün də yad elementdir.

Aygün Carçıyeva, Vüsal Bayramov, Tural Alizadə, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR