Kimlərin təqaüdü 55 manat artacaq?
Bu ilin yanvar ayından pensiyalar artırılacaq. Bu barədə deputat Vüqar Bayramov APA TV-yə açıqlamasında deyib. O bildirib ki, orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq. Deputat bildirib ki, pensiyaları indeksasiya olunmayan təxminən 90 min vətəndaşımızın da pensiyası yeni qaydalara əsasən bu ildən etibarən indeksasiya olunaraq artırılır. Pensiya məbləği hansı məbləğdədirsə, o məbləğə uyğun olaraq artım həyata keçir. Qeyd edək ki, indeksasiya, artımla bağlı qərar adətən yanvar ayının sonunda verildiyi üçün, yanvar ayının artımı vətəndaşa fevralda fevral ayının artımı ilə birlikdə ödəniləcək.
AYNUR QARA VÜSAL BAYRAMOV APA TV
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər