Laçında azan əsgərin yaşadığı evdən REPORTAJ
Laçın rayonu istiqamətində Ermənistan hərbçilərinə əsir düşən Ruslan Pənahovun yaxınları açıqlama verib. Övladlarının tez bir zamanda əsirlikdən azad olunacağı günü gözləyir. Müdafiə Nazirliyi faktı təsdiqləyib. Ruslan Pənahovun ailəsi Şəmkir rayonunda yaşayır. Hərbçimiz özü də iyun ayında bu rayondan hərbi xidmətə yollanıb. Ailəsi deyir ki, xidməti dövründə daima razılıq edib. Hətta sonuncu dəfə dünən ailəsi ilə danışıb, səhhətinin yaxşı olduğunu, xidmətinin normal keçdiyini bildirib. Bildirək ki, Ruslan Pənahov ailəsinin böyük övladıdır. Onun bir bacısı və bir qardaşı var. Qeyd edək ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Ermənistan tərəfi də əsgərimizin əsir düşdüyünü açıqlayıb.
Fuad Nazimoğlu Elşad Cəfər APA TV Şəmkir
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər