Lənkəranın bu kəndinin sakinləri hər gün əziyyət içindədir

# 17:39
4 mart 2024

Lənkəran rayonunun Separadi – Tükəvilə yolu elə bir vəziyyətə düşüb ki, indi həmin yoldan gördüyünüz bu mənzərə qalıb. Yollarda su ilə dolu çuxurlar yaranıb. Sakinlər deyir ki, yaranan bu çuxurlarda tilov atıb balıq tutmaq olar. Yolun bu vəziyyətinin əziyyətini isə daha çox məktəblilər və sürücülər çəkir. Kənd arası yollarda hərəkət edənlər 5 – 10 dəqiqəlik yolu 35 – 40 dəqiqəyə getməyə məcbur olurlar. Aidiyyəti qurumun cavabı isə bənzər problemlərlə bağlı verilən cavabdan fərqli olmadı. Bildirildi ki, maliyyə vəsaiti ayrılan kimi yolun yenidən qurulmasına başlanılacaq. Qeyd edək ki, hazırda yoldan 4 kəndin sakinləri istifadə edir. İndi sakinlər yolun yenidən qurulacağı günü səbrsizliklə gözləyirlər.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR