Maştağa-Buzovna yolundakı problem aradan qaldırılmayıb

# 20:40
23 noyabr 2023

Qəza isə ən yaxşı halda avtomobillərin əzilməsi ilə nəticələnir. Sürücülərin xəsarət alması da normal haldır. Düzü, yol nəqliyyat hadisələrinin iştirakçıları ölümdən də sığortalanmayıblar. O ki qaldı avtomobillə piyada vurulmalara, bu olaylara şərait yaradan səbəblər arasında tərəflərdən birinin məsuliyyətsizliyi də var. Amma etiraf etmək lazımdır ki, belə hadisələr ən çox piyada keçidi və işıqforların olmadığı yerlərdə yaşanır. Çəkiliş apardığımız yolun problemi də məhz budur. Necə deyərlər, kor-kor, gör-gör, işıqfor yoxdur. Yolun başqa çatışmazlıqları da var. Maştağa sakinləri məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, problem həll olunmayıb. Atalar sözü var: yola çıxan yolda qalmaz. Yəqin bunu deyən ataların vaxtında ya maşın yox idi, yaxud onlar hər cığırın işıqforlu olacağına ümid edirdilər. Çünki gördüyünüz yola çıxan istənilən adam bu yolda qalmaq təhdidi ilə qarşılaşır. Həm də cansız vəziyyətdə. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sorğumuza cavab olaraq bildirildi ki, noyabrın 24-də agentliyin əməkdaşları əraziyə baxış keçirib, çatışmazlığı aradan qaldıracaqlar. Hər halda vəd verildi. Biz isə piyadaların həyat təhlükəsizliyini zamanın axarına buraxmayacağıq və problemi diqqətdə saxlayacağıq.

AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR