“Məqsəd Rusiyanın Cənubi Qafqazdan qovulmasıdır” – Region barıt çəlləyinə dönür

# 17:27
13 mart 2024

“Məqsəd Rusiyanın Cənubi Qafqazdan qovulmasıdır” – Region barıt çəlləyinə dönür – APA TV Son vaxtlar İrəvan Hindistan və Fransadan silah təminatını artırıb. Belə ki, “Filghtradar” saytına nəzər yetirdikdə Hindistandan Ermənistana yük təyyarələrinin intensiv uçuşlarının intensivliyini görmək olar. Reyslər İran üzərindən reallaşdırılır. Göndərilən yüklərin silah-sursat olması həm Hindistan, həm də erməni mediasında tirajlanır. Bəzi mənbələrdə isə silahların Fransa lisenziyalı olduğu bildirilir. Ermənistanın Baş naziri Paşinyan dəfələrlə bölgədə sülhün yaranmasının vacibliyi barədə çıxışlar etsə də, görünür, gizli olaraq İrəvan müharibəyə hazırlaşır. Ötən ilin ortalarında Hindistan və Ermənistan arasındakı imzalanmış müqaviləyə görə, 250 milyon dollarlıq silah tədarükü nəzərdə tutulub. “The Economic Times” nəşri bildirib ki, söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər texnikanın satışından gedir. Bundan başqa “ATAGS” haubitsaları da tədarük ediləcək ki, 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir. Digər maraqlı nüans da var ki, bütün münqişələrdə Qərbi pisləyən Tehran Ermənistanın revanş, yaxud yeni konflikt niyyətli silahlanması üçün öz hava və quru yollarını aç-tök edib. Üstəlik, Paşinyan hökuməti Rusiya ilə hərbi əməkdaşlıqdan tədricən kənarlaşmaqdadır. Görəsən, Moskva ilə hərbi əməkdaşlığın finişə yaxınlaşması hansı proseslərdən xəbər verir? Məsələ ilə bağlı APA TV-yə açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Qərb Ukraynadan sonra növbəti cəbhəni Ermənistanda açmaq istəyir. O əlavə edib ki, məqsəd İrəvanın əli ilə Rusiyanın Qafqazdan qovulmasıdır. Məqsəd isə… Xatırladaq ki, Paşinyan mətbuat konfransında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında qaldırılmış suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək. O əlavə edib ki, Ermənistan sərhədçiləri Rusiya tərəfinə avqustun 1-dən etibarən "Zvartnots" hava limanında müstəqil xidmətə başlayacaqlarını bildiriblər.

Fuad SAdıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR