Naxçıvan şəhərində küçələri təhlükəli edən nədir?
Naxçıvan şəhərində sahibsiz itlər ilə bağlı son zamanlar sakinlər böyük problem yaşayır. Gün ərzində küçələrdə sürü halında gəzən itlər sakinləri qorxuya salıb. Bu problemlə üzləşən Naxçıvan şəhəri Hacıniyyət kənd sakinləri son günlər yaşadıqları evdən çıxmağa belə qorxurlar. Sakinlər deyir ki, artıq itlər nəinki küçəyə, hətta həyətə belə sürü halında gəlirlər. Sakinlərin dediyinə görə, itlər o qədər çoxalıb ki, bir dəstədə 9-10 it olur. İtlərin varlığı ən çox kənd uşaqlarına darlıq yaradıb. Uşaqlar itlərin qorxusundan məhəllədə oyun oynamağa da çıxa bilmirlər. Məsələ ilə bağlı Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdi ki, məsələdən agahdırlar. Ümumiyyətlə, Naxçıvanın küçələrində və ətraf yaşayış məntəqələrin ərazisində küçə itlərinin sayı günbəgün artır. Bu isə ümumilikdə hamının narahatlığına səbəb olub.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər