Naxçıvanın bu kəndinə gələcək qonaq üçün xəbərdarlıq yazılırmış
Dağların qoynunda, Ordubad rayonunun mərkəzindən şimal-qərbdə yerləşən bu kəndin adı kimi tarixi də qədimdir. Yerli sakinlər deyir ki, kəndin qədimliyi yaşayış məskəninin yaxınlığında aşkar edilən qayaüstü təsvirlərdə də öz əksini tapır. Nəsirvaz sakinləri kəndin adının görkəmli alim və dövlət xadimi Nəsrəddin Tusi ilə bağlı olduğuna inanırlar. Min illər boyu yerli əhalinin iqtisadi həyatında mühüm rol oynayan Gəmiqaya yaylaqlarının ərazisi müqəddəsləşdirilib, Nuh əfsanəsi ilə əlaqələndirilib. Vəhşi təbiətin qoynunda yerləşən Nəsirvaz sakinləri daha qonaqpərvərliyi ilə seçilirlər. Nəsrivaz əhalisinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır. Kəndin dörd bir tərəfinin dağlarla əhatə olunması isə bura bir başqa gözəllik bəxş edir. Ancaq burada təbiətin bu vəhşiliyindən həmişə ləzzət almaq mümkün olmur. Çünki bəzən vəhşi heyvanlar yerli sakinləri ziyana salır. Sərhəd bölgəsində yerləşən Nəsirvazda ilin bütün fəsillərində gur axan çayı, qarlı dağları, vəhşi heyvanları görmək mümkündür. Tarixi qədim olan bu kənd həm də yeraltı sərvətləri ilə zəngindir.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
DİGƏR XƏBƏRLƏR
![ŞƏT-in Zirvə toplantısından REPORTAJ: “Azərbaycan və Qazaxıstan sıx iqtisadi əlaqələrə sahibdir”](https://apa.az/storage/apa-tv/news/2024/july/04/big/6686601063ffa6686601063ffb17200824486686601063ff86686601063ff9.jpg)
ŞƏT-in Zirvə toplantısından REPORTAJ: “Azərbaycan və Qazaxıstan sıx iqtisadi əlaqələrə sahibdir”
![Astanada keçiriləcək 5-ci Dünya Köçəri Oyunlarına hazırlıq işləri sürətlə davam edir](https://apa.az/storage/apa-tv/news/2024/july/04/big/66863d2af2aa866863d2af2aa9172007351466863d2af2aa466863d2af2aa6.png)
Astanada keçiriləcək 5-ci Dünya Köçəri Oyunlarına hazırlıq işləri sürətlə davam edir
![Susuzluğu yatıran bu çay sonsuzluq yaradır? – “İmmun sistemini pozur, xərçəngə yol açır”](https://apa.az/storage/apa-tv/news/2024/july/04/big/66863c36b77bf66863c36b77c0172007327066863c36b77bb66863c36b77bd.jpg)
Susuzluğu yatıran bu çay sonsuzluq yaradır? – “İmmun sistemini pozur, xərçəngə yol açır”
![“Ağsuya qədər belə ovdanlar mövcuddur” – Hacıqabulun qədim su anbarlarından REPORTAJ](https://apa.az/storage/apa-tv/news/2024/july/03/big/6684ee4d81b456684ee4d81b4617199877896684ee4d81b436684ee4d81b44.jpg)