Nicdə Milad həyəcanı – Onlar yanvarın 7-sini belə qeyd edir

# 18:00
7 yanvar 2024

Nicdə Milad həyəcanı – Onlar yanvarın 7-sini belə qeyd edir Bu səs Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” kilsəsinin bayram zənglərinin səsidir. Bu gün Nic qəsəbəsinin udi sakinləri İsa Peyğəmbərin mövludu gününü - Milad bayramını qeyd edirlər. Bayram kilsə zənginin səsi ilə başlayır. Burada hər il yanvarın yeddisi böyükdən-kiçiyə hər kəs evindən çıxaraq kilsəyə üz tutur. Kilsə ətrafında cəmləşən qəsəbə sakinləri bir–birlərinə xoş sözlər deyərək bayramlaşırlar. Bayram üçün hər kəs toplaşdıqdan sonra dini ayinlərin icrası üçün kilsədə mərasim təşkil edilir. Burada hər il kilsə ətrafına toplaşan qonaqlar üçün bayram süfrəsi də qurulur. Kilsədəki mərasim bitdikdən sonra bayram evdə davam edir. Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyir ki, Milad bayramının bu cür qeyd edilməsi, dini ayinlərin icrası üçün yaradılan şərait Azərbaycanın tolerantlığın diyarı olmasının sübutudur. Xatırladaq ki, altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3500-dən çox udi yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qəsəbədə üç kilsə və iki məscid var.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR