Öz sakinləri tərəfindən qurulan Malıbəylidə

# 11:30
12 mart 2024

Öz sakinləri tərəfindən qurulan kənddə - APA TV Azad, abad Malıbəyli yurd həsrəti ilə sinəsi dağlı övladlarını qarşılamağa hazırlaşır. Yeni yolar salınır, evlər tikilir, qaz xətləri çəkilir. Bu kəndə həyat qayıdır. Kənddə 123 fərdi evdə və çoxmənzilli yaşayış binalarında bərpa-tikinti işləri aparılır. Malıbəylini yenidən quranlar arasında kəndin öz sakinləri də var. Yerli sakinlər bunu tarixin ən böyük ədaləti hesab edir. Sakinlər deyir ki, 32 ilin həsrəti nə qədər böyükdürsə, doğma kəndin azadlığı da bir o qədər böyük bir təsəllidir. Malıbəylilərin yeni evləri onların öz əlləri ilə öz zövqlərinə uyğun qurulur. İndi onların cəmi bir arzusu qalır. O da tezliklə öz ata-baba yurdlarına qayıtmaları... Qeyd edək ki, Malıbəyli kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib. Emin Babayev, Fəzail Səfərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR