Palçıq vulkanından yaranan dağda – Buraya getmək hamıya qismət olmur

# 17:07
21 fevral 2024

Neftçala rayonu ərazisində yerləşən, sağdan Xəzər dənizinə yaxın, solunda Kür çayı olan vulkanik təpə - Dirov dağ Şirvan qoruğunun ərazisində yerləşir. Dirov dağa gedib çatmaq böyük çətinliklə başa gəlir. Çünki bura getmək üçün işlək avtomobil yolu yoxdur. Dirov dağa qalxıb onun üzərində möhtəşəm bir mənzərənin şahidi olursan. Dağın üst hissəsində saysız hesabsız, irili-xırdalı kraterləri olan palçıq vulkanları yerləşir. Əslində elə bu dağ özü əsrlər boyu palçıq vulkanından axan palçıq lavalarından formalaşıb. Hazırda ərazidəki vulkanlarda aktivlik müşahidə edilir. Qeyd edək ki, Dirov dağda çoxsaylı palçıq vulkanları mövcuddur. Bunların da əksəriyyəti qeyri-müəyyən vaxtlarda aktivləşir və passivləşir. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR