“Paşinyan bilir ki, şərtlər yerinə yetirilməsə, sülh olmayacaq”

# 19:30
17 fevral 2024

Münhendə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. Üçtərəfli formatda başlayan görüş zamanı Olaf Şolts otağı tərk edib və İlham Əliyev ilə Nikol Paşinyan müzakirələri təkbətək davam etdiriblər. İlkin məlumata görə, görüşdə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya məsələləri müzakirə edilib. Qeyd edək ki, liderlər növbəti görüşün xarici işlər nazirləri arasında keçirilməsini və delimitasya-demokrasiya ilə bağlı işçi qrupun da görüşlərinin davam etdirməsi ilə bağlı razılığa gəliblər. Bakı Politoloqlar Klbunun sədri bu barədə danışdıqdan sonra diqqəti digər məsələyə çəkdi. Söhbət Avropa İttifaqının ən vacib ölkələrindən biri olan Almaniyanın Azərbaycana istiqamətlənməsindən gedir. Bəli, Avropa ilə bağlı Azərbaycanın öz istəkləri var. Bu tərəfdaşlıq bərabərhüququlu olmalı, birinin digərinə diktəsi ilə olmamalıdır. “Rəsmi Bakı öz mövqeyindən geri çəkilməyəcək” sözləri ilə açıqlamasına davam edən Zaur Məmmədovun təbirincə desək, Paşinyan və digərləri də bilir ki, o şərtlər hamısı yerinə yetiriləcək. Əks təqdirdə, sülh müqaviləsindən söhbət gedə bilməz.

Orxan Aslan, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR