Qarabağa ilk olaraq hansı ailələr köçürüləcək? – RƏSMİ CAVAB

# 20:15
28 fevral 2024

Azad olunan ərazilərə Böyük Qayıdış davam edir. Bu gün Laçına daha 24 ailə köçürülüb. Erməni işğalı ilə vəhşiliyə məruz qalmış ərazilər abadlanır, yenidən qurulur, yaşayış məntəqələri salınır, iş yerləri yaradılır. Minalardan təmizləmə prosesi də öz axarındadır. Bu səbəbdən köçürülmə prosesi planlı şəkildə reallaşdırılır. Məcburi köçkünlərin hamısı Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər. APA TV qayıdışla bağlı müəyyən suallara aydınlıq gətirilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə sorğu göndərdi. Əsas sual ilk olaraq hansı ailələrin köçürüldüyü ilə bağlıdır. Sorğumuza rəsmi cavabdan da anlaşılan kimi, mənzil təminatı yaxşı olan məcburi köçkünlər də gələcəkdə azad olunan ərazilərə qaytarılacaq. Amma Yataqxanaların birində apardığımız çəkiliş zamanı orada məskunlaşan məcburi köçkünləri danışdırdıq. Müsahibələrdən də göründüyü kimi, hər kəs o günün, qayıdışın intizarındadır. Sonda qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra məcburi köçkünləri qayıdışı istiqamətində dinamik iş gedir. Bu baxımdan insanların həyat təhlükəsizliyi də xüsusi nəzərə alınır. Qarabağda görülən yenidənqurma işlərinə örnək kimi Prezident İlham Əliyevin Xocalıda təməlqoyma mərasimini, ardınca sakinlərlə birgə görülən işlərlə tanışlığını göstərmək olar.

ORXAN ASLAN RASİM BƏHRAMİ HƏZRƏT BAYRAMLI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR