Qərb Ermənistanı necə ukraynalaşdırır? – Zəncirdəki növbəti həlqələr

# 19:15
15 noyabr 2023

Ermənistan yaranmış yeni reallığı qəbul edir. Bir tərəfdə sözügedən ölkənin baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh razılaşmasına hazır olduğunu bildirir, digər tərəfdə isə Qərb, xüsusilə ABŞ və Fransa sülh prosesini əngəlləməyə çalışırlar. Bu da deməyə əsas verir ki, Qərbin nümayiş etdirdiyi mövqe Cənubi Qafqazda sülh və təhlükəsizliyi birbaşa təhdid edir. Hadisələrə barmaqarası münasibət sərgiləyən ABŞ və Fransa Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalda saxlamasını, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasını, rayon və kəndlərin dağıdılmasını, ümumilikdə erməni vandalizmini anlamaqda çətinlik çəkir. Deputatların fikrincə, ikili standartlar yürüdən Qərb 30 il müddətində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını qanuniləşdiməyə çalışıb, Ermənistanın işğalçı siyasəti pislənməyib. Elə icrasız qalan BMT qətnamələri bunun əyani sübutudur. Fransanın Ermənistanı silahlandırdığını deyən politoloq Samir Hümbətovun fikrincə, Avropa İttifaqı bu ölkədəki hərbiləşmiş missiyasını daha da genişləndirir. Bu missiya Aİ-nin deyil, NATO-nun missiyasına çevrilir. Prosesdə Kanadanın iştirakı, yaxın zamanlarda ABŞ-ın bu missiyaya daxil olacağı ehtimalını yüksəldir. Yəni açıq-aydın görünür ki, Qərb Ermənistanı yeni müharibəyə hazırlamağa çalışır və ümumilikdə regionu yeni kataklizmlərin mərkəzinə çevirməyi planlayır. Qərb Cənubi Qafqazı yenidən bölmək, regionun yeni xəritəsini cızmaq istəyir. Bir sözlə Qərb Ukraynanın başına gətirdiyini indi Ermənistanın üzərində sınaqdan keçirərək bu ölkəni də ukraynalaşdırmağa çalışır. İstisna deyil ki, zəncirdəki növbəti həlqələr Moldova və Gürcüstandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR