Qusarın bu kəndinin iki adı var – Bu hal sənədlərlə bağlı çətinlik yaradır

# 14:10
27 noyabr 2023

Qusarın Əvəcuğ kəndinin adı dəyişdirilərək Əvəcük adlandırılıb. Sakinlər bu hadisədən bir müddət öncə kənd tam orta məktəbinin adını bildirən lövhədə dəyişiklik edilərkən xəbər tutublar. Kənd sakinləri bildirir ki, mövcud vəziyyətlə əlaqədar onlar indi bütün sənədlərini yeniləmək məcburiyyətindədir ki, bu da əlavə xərclər yaradır. Məsələ ilə bağlı, Qusar rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov bildirdi ki, 1961-ci ilin Azərbaycan SSSR inzibati ərazi bölgüsündə kəndin adı “Əvəcük” olaraq göstərilib: “Sonrakı dövrlərdə kənd sovetlərində baş verən səhv nəticəsində sənədlərdə “Əvəcük” sözü Əvəzuğ olaraq yazılıb və bu səhv illərlə davam edib. 2018-ci ildə bu səhvi düzəltmək məqsədilə Milli Məclisin Aparatı inzibati ərazi bölgüsündə “Əvəcük” olaraq göstərib və səhvin düzəldilməsi qərarını verib. Bundan sonra kəndə aid bütün lövhələrdə və sənədlərdə ad Əvəcük olaraq dəyişdiriləcək”-deyə, icra başçısının müavini qeyd edib. Kənd sakinlərinin sənədlərinin dəyişdirilməsi ilə bağlı isə, icra başçısının müavini bildirib ki, onlara icra hakimiyyəti tərəfindən müvafiq arayış veriləcək və onlar rahatlıqla bütün sənədlərini yeniləyə biləcəklər.

Cəfər Talıb, APA TV, Qusar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR