Quzu ətindən dadlı olan quzuqarnı – Çoxuna onun görünüşü maraqlıdır
Quzu ətindən dadlı olan quzuqarnı – Çoxuna onun görünüşü maraqlıdır Son günlər Şimal bölgəsində havanın yağıntılı olması Şabran rayonunun Təzəkənd kənd sakinlərinin üzünü güldürür. Çünki belə havadan sonra çıxan günəş el arasında quzuqarnı adlanan göbələk növünün inkişafına səbəb olur. Sakinlər deyir ki, bu il hava yağışlı keçdiyindən və günəşli günlərin az olması səbəbindən meşələrdə quzuqarnı bol deyil. Ən dadlı və bahalı göbələklərdən sayılan quzuqarnın baha satılması onun meşəlik ərazilərdən çətin yığılması ilə bağlıdır. Rəngi yarpaqlardan seçilmədiyindən meşədə onu tapmaq elə də asan olmur. Göbələk az olduğundan gün ərzində ən çox 5 kiloqrama qədər toplamaq mümkündür. Bişirilməsi olduqca sadə olan bu bitkidən dadlı yemək ərsəyə gəlir. Qeyd edək ki, dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənən quzuqarnı ölkəmizdə istixana şəraitində yetişdirilmir və bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.
Cəfər Talıb, APA TV, Şabran
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər