Son zamanların ən məşhur arıqlama üsulu: Bu oruc növü kimlərə olmaz?

# 12:12
2 noyabr 2023

Son zamanların ən məşhur qidalanma üsulu fasiləli orucdur. Əsasən də çəki atmaq istəyən, diyetanı davam etdirməyə iradəsi çatmayan insanlar məsafəli oruca üstünlük verirlər. Bəs nədir bu məsafəli oruc? Faydaları, zərərləri haqqında nə bilirik? Onu da bildirək ki, ən çox yayılmış oruc intervalı 16:8-dir. Yəni 8 saat yeyib, yuxuda olduğumuz zamanla birlikdə 16 saat ac qalmalıyıq. Eyni zamanda bu üsulun 18 saatlıq oruc, 6 saatlıq toxluq və 20 saatlıq oruc, 4 saatlıq toxluq kimi çeşidləri də var. Sağlam qidalanma mütəxəssisi Tahirə Əlirzayeva deyir ki, məsafəli oruca yeni başlayanlar saat aralığına, qida rasionuna mütləq diqqət etməlidirlər. Sosial şəbəkələrdə bu oruc haqqında məlumat, hətta menyular qarşımıza çıxır. Amma düşünməliyik ki, hər orqanizm fərqlidir və internet üzərindən bu menyuları tətbiq etmək orqanizmimizə zərər verə bilər. Mütəxəssis deyir ki, aralıq oruc pəhrizi qan təzyiqi, insulinə bağlı diabet xəstəliyi olanlar, hamilə qadınlar və südverən analar, böyrək xəstələri, davamlı dərman qəbul edən şəxslər, yemək pozğunluğu olan insanlar, 18 yaşdan kiçik uşaqlar üçün təhlükəli ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR