Şuşaya 28 il həsrətlə baxan ailələrin qayıdışına başlanılır

# 09:18
8 may 2024

1992-ci il 8 may- hər bir azərbaycanlının yaddaşına Şuşanın işğal tarixi kimi yazılmışdı. Həmin dövrdə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçib. Azərbaycanın Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə uzun sürən artileriya atəşindən sonra işğal olunub. 28 il sonra Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, hərbi-strateji əhəmiyyətli qala işğaldan azad edildi. Bu müjdəni Ali Baş Komandanın verməsi də özü bir tarix idi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilir. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Həqiqətən də hazırda Şuşa nəinki ölkədaxili, həmçinin beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların bütün dünyada qəbul edilməsi deməkdir. Qeyd edək ki, Şuşaya köçürüləcək ailələr arasında ilk püşkatma da keçirilib. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzillər təqdim ediləcək. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.

AYTƏN SAKİTQIZI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR