Ucarın Qəzayan kəndindəki bu vəziyyət cavanların kəndən qaçmasına səbəb olur

# 10:17
23 noyabr 2023

Ucar rayonunun Qazyan kəndinin bir qrup sakini özlərinə məxsus əkin sahələrinə gedə bilmədiklərindən şikayətçidirlər. Vətəndaşlar bildirir ki, Qazyan kəndini iki hissəyə bölən Göyçay çayı çayın əks tərəfində yerləşən 1000 hektardan artıq örüş və əkin sahələrinə gediş-gəlişi çətinləşdirir. Adı çəkilən əraziyə getmək üçün ən yaxın körpüyə qədər olan məsafə isə 20-25 kilometrdir. Sakinlər deyir ki, maşını və ya hər hansı bir nəqliyyat vasitəsi olanlar birtəhər işini görsə də, texnikası olmayanlar sözün əsl mənasında torpaqlarından əllərini üzüblər. Sakinlər bildirir ki, tək çətinlik əkin sahələri ilə bağlı deyil. Heyvanlar örüşə getmək üçün ilin bütün fəslində çaydan üzüb keçməlidirlər. Bu da qış vaxtlarında sudan keçən bir qədər zəif heyvanların tələfatına səbəb olur. Heyvan sahibi isə əvvəllər qayıqla keçirdi. İndi qayıq yararsız vəziyyətə düşdüyündən heyvan sahibi 20-25 kilometr yol qət etməlidir. Çətinliklərə dözə bilməyən cavan nəslin nümayəndələri isə kütləvi şəkildə kəndi tərk edirlər. Məsələ şifahi olaraq münasibət bildirən kənd bələdiyyəsinin sədri Əlisəməd Əliyev qeyd etdi ki, bu barədə sakinlər tərəfindən rəsmi olaraq bələdiyyəyə heç bir müraciət daxil olmayıb: “Çaydan körpünün salınması bizim imkanımız daxilində deyil. Əgər sakinlər müraciət edərsə, biz bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldıracağıq”- deyə, sədr əlavə edib. Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR