Ünlü səyyahlar Şuşaya sərmayə qoymaq istəyir

# 17:52
4 noyabr 2023

Dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa və şərqi Zəngəzura səfərləri başlayıb. . Heyətdə 26, ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdə 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edir. Zəfər günü ərəfəsində təşkil olunmuş səfər çərçivəsində onlar Şuşa şəhəri ilə tanış olublar. Səyyahlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Səfərin təşkilatçısı Mehrac Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, əsas məqsəd səyyahlar vasitəsilə dünyaya işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri barədə məlumat çatdırmaqdır. O əlavə edib ki, bundan başqa digər məqsəd işğaldan azad olunmuş ərazilərin turizm potensialını dünyaya göstərməkdir. (00008) Mehrac Mahmudov onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə gələn səyyahların əksəriyyəti zəngin insanlardır və onlar bölgəyə sərmayə yatırmaqda maraqlıdırlar. O əlavə edib ki, hazırda aidiyyəti qurumlarla bəzi səyyahlar arasında bu istiqamətdə danışıqlar getməkdədir. Ukraynalı səyyah Orest Zub jurnalistlərə açıqlamasında deyib ki, (00011) buradakı yenidənqurma və bərpa prosesləri onu valeh edib. Füzuliyə səfəri zamanı gördüklərində dəhşətə gəldiyini vurğulayan ukraynalı səyyah bildirib ki, işğal zamanı ərazilərdə vandalizm aktı törədilib və bu cinayətlər beynəlxalq ictimaiyyətə göstərilməlidir. Səyyahların işğaldan azad olunmuş ərazilərə səfərləri çox əhəmiyyətlidir. Bunu isə jurnalistlərə açıqlamasında tanınmış fotoqraf Reza Deqati deyib. (00015) O vurğulayıb ki, bu peşə sahibləri dünyanı, xüsusən də “qara turizm”i öz gözləri ilə görməkdə maraqlıdırlar. Fotoqraf Reza Deqati onu da vurğulayıb ki, beynəlxalq ictimaiyyət belə müstəqil səyyahların sayəsində Qarabağda törədilmiş cinayətlərdən xəbərdar olacaq. Şuşaya səfər edən səyyahlar daha sonra Şuşa qalası ilə tanış olublar. Burada onlara qalanın tarixi və onun əhəmiyyəti barədə məlumat verilib. Daha sonra onlar Cıdır düzünə qalxıblar. Burada onlara İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan necə azad etməsi ilə bağlı məlumat verildi. Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu səfərdir.

Fuad Sadıqov

Rasim Bəhrami APA T

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR