Yol polisi radara düşən sürücünü yenidən cərimə edir?

# 15:40
16 dekabr 2023

Bəzən bir sürücünün cəriməsi başqasına yazılır, bəzən avtomobili olmayan şəxsə cərimə gəlir, bəzən isə avtomobil eyni anda eyni radara təkrar düşür. Radara düşən sürücünü Yol Patrul Xidməti əməkdaşının saxlaması isə başqa dərddir. Bəs bütün bu problemləri necə yoluna qoymaq olar? Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirirlər ki, texniki vasitələrlə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq protokol tərtib etmək qadağandır. Elvin Hacıyev deyir ki, sürücü belə halla qarşılaşdıqda Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Vətəndaşın haqlı narazılığı varsa, məsələyə hüquqi qiymət veriləcək. ORXAN ASLAN APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR