Zaqatalada sahibsiz it yeddi nəfəri xəstəxanalıq etdi

# 19:35
21 noyabr 2023

 

Hadisə bu gün günorta saatlarında Zaqatala bazarı yaxınlığında baş verib. Xəsarət alan 7 nəfər - Zaqatala şəhər sakinləri olan - 1970-ci il təvəllüdlü Aydın Məmməd oğlu Didirov, 1966-cı il təvəllüdlü Mohma Məmməd oğlu Tamahov, 1954-cü il təvəllüdlü Zəkəriyyə Kərimov, 1966-cı il təvəllüdlü Gülüstan Yusif qızı İsmayılova və daha üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Onlara xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıblar. Aydın Didirov bildirib ki, sahibsiz it ona həyət qapısının yanında hücum edib. Vətəndaşlara hücum edən it sakinlər tərəfindən zərərsizləşdirilib. Qeyd edək ki, son zamanlar Zaqatala şəhər və rayonun digər yaşayış məntəqələrində sahibsiz itlər çoxalıb. Buda əhalinin gediş-gəlişinə də çətinlik yaradır. Demək olar ki, hər gün Zaqatala RMX-a it dişləmələri barədə müraciətlər daxil olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR