Əsgər Məmmədoğlu: "Bəziləri fəxri ad aldıqdan sonra adama salam vermirlər"
“Bilirsiniz nəyə sevinirəm? Baş rolda oynadığım film çəkmədilər, amma mənim haqqımda bəlkə də heç bir xalq artistinin haqqında çəkilməyən qədər verilişlər çəkilib". APA TV-nin "Ulduz axını" proqramının qonağı olan Akademik Milli Dram Teatrın aktyoru, əməkdar artist Əsgər Məmmədoğlu belə deyib.
O hesab edir ki, komediya aktyorunun görkəmi olmalıdır: “Bəlkə məndə nə zamansa o obraz var idi. İndi də yoxdur. Bəlkə indi üzüm adiləşib. Fəxri adlar həyatda heç nəyi həll etmir. Dava edirlər, vuruşurlar. Hə, qoy ad verilsin, lap ol xalq artisti, nə olsun. Həm də fəxri ad alırlar, sonra adama salam vermirlər. Görürlər ki, yox, əhəmiyyətli bir şey verilməyib onlara, başlayırlar salam verməyə".
Ələsgər Məmmədoğlu onu həyatda incidən məqamlardan danışıb: “Məsələn, teatrın 140 illiyi oldu. Mən orada 40 il işləmişəm. Balaca bir nişan verməmələri bir yana, heç sayan da olmadı. Bu işi təşkil edənlər özləri dəyər verməli idilər. Amma məni Gürcüstanda elə qarşıladılar ki, özümə qarşı o münasibəti Azərbaycanda ömründə görməmişdim. Çaşıb qaldım. Onu da heç kim nə yazmadı, nə göstərmədi. Biz teatrda lazımi qədər işləmişik. Allah rəhmət eləsin Əlabbas Qədirova, nə yaxşı ki, o vaxt rəhmətlik Heydər Əliyevin "Hamlet" tamaşasına gəlməsinə nail ola bildi. Yəqin o olmasaydı, bizə indi də fəxri ad verilməmişdi".
Əməkdar artist hesab edir ki, yaxşı tamaşa qoymaq üçün yaxşı rejissor lazımdır: "Yaxşı tamaşa qoymaq, film çəkmək üçün yaxşı rejissorumuz yoxdur. Ona görə nə kinodan, nə teatrdan heç nə gözləmirəm. Çıxış yolu isə birdir. İstedadlı insanlara yol versinlər. Kimsə gəlməlidir və hər şeyi dəyişməlidir. Necə ki zamanında gəlmişdilər və dəyişdirmişdilər".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub