Gömrük bəyannamələrini “ASAN Xidmət”də doldurmaq mümkün olacaq
Azərbaycanda gömrük bəyannamələrini “ASAN Xidmət” mərkəzlərində doldurmaq və gömrük orqanlarına elektron yolla göndərmək mümkün olacaq. APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Bəzən görürsünüz ki, sənədlərlə gəlirlər hansı isə bir şirkətdir, fiziki şəxs özü bu sahənini mütəxəssisi olmayaraq bəyannaməni doldurulmasında çətinlik çəkirsə artıq bu xidmət "ASAN xidmət"də fəaliyyət göstərəcək".
Aydın Əliyev deyib ki, yalnız sənədləri təqdim etməklə, bəyannamənin elektron variantı ilə proses həyata keçiriləcək. Artıq bununla bağlı komitə mütəxəssislər yetişdirir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı