Bank Of Baku

Urumçi bazarında terror aktı - 31 ölü

# 11:59
22 may 2014

Çinin şimal-qərbində uyğur türklərinin kompakt yaşadığı Sinzyan-Uyğur bölgəsinin paytaxtı Urumçi şəhərində terror aktı törədilib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 31 nəfərin öldüyü bildirilir. Bu barədə Çinin KİV-ləri məlumat yayıblar. Terrorçular iki avtomobili insanların sıx hərəkət etdiyi ticarət mərkəzinə sürüblər. Ora çatdıqda isə maşınlardan bazarda alış-veriş edən insanlara tərəf partlayıcı maddələr atıblar. Avtomobillərdən biri partlayıb. Xəsarət alanların sayı da açıqlanıb - 90 nəfər. Çinin İctimai Təhlükəsizlik Nazirliyi də faktı terror aktı kimi təsdiqləyib. Hadisəni törədənlər və təşkilatçıları hələlik müəyyənləşdirmək mümkün olmayıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR