“Yehya Azəri” ləqəbli azərbaycanlı Suriyada öldürülüb
Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən aldığı məlumata görə, “Yehya Azəri” kimi tanınan azərbaycanlı döyüşçü Hələb yaxınlığında Bəşər Əsəd qüvvələri tərəfindən vurulub. Azərbaycanlı döyüşçülər onun meyitinin fotosunu da APA-ya təqdim ediblər. Öldürülən azərbaycanlının əsl adı açıqlanmasa da, onun Sumqayıt sakini olduğu bildirilir.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib.
Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı