Bank Of Baku

Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı

# 15:06
27 may 2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 25-də ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar 4 saylı “Magistr” jurnalında dərc olunub.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR