Bank Of Baku

Misirdə keçirilən prezident seçkilərində sabiq müdafiə naziri qalib gəlib

# 11:12
29 may 2014

Misirdə prezident seçkilərinin nəticələri açıqlanır. İlkin nəticələrə əsasən, ölkənin sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi böyük fərqlə öndədir. Artıq səkkiz milyon seçki bülleteni hesablanıb, əs-Sisi səslərin 93,4% qazanıb. Üç gün ərzində keçirilən prezident seçkilərində  iki namizəd iştirak edib: Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Hamdeyn Səbbahi.

 

Əvvəlcə seçkilər iki gün - bazar ertəsi və çərşənbə axşamı keçirilməli idi. Lakin Misir hökuməti seçici fəallığının artırılması məqsədi ilə səsverməni daha bir gün uzatmışdı. Rəsmi nəticələrin gələn həftə açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR