Cəbhə xəttində öldürülən erməni hərbçinin polkovnik olduğu müəyyənləşib
Mayın 25-də cəbhə xəttində öldürülmüş Ermənistan Ordusunun polkovnik-leytenantı Qarik Balayanın vəzifəsi məlum olub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, polkovnik-leytenant Qarik Balayan Qarabağdakı II Ordu Korpusunun kəşfiyyat rəisiymiş. Q. Balayan cəbhə xəttində keçirilən əməliyyata bilavasitə rəhbərlik edib. O, Azərbaycan hərbçilərinin həyata keçirdiyi preventiv tədbir nəticəsində məhv edilib.
Qeyd edək ki, mayın 20-dən indiyədək cəbhənin müxtəlif istiqamətlərində erməni təxribat qrupunun hərəkətlərinin qarşısının alınması zamanı xeyli sayda erməni hərbçisi öldürülüb, 5-dən çox hərbçi isə yaralanıb. Hazırda ağır vəziyyətdə olan yaralı erməni hərbçiləri İrəvanda mərkəzi hospitaldadır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı