Ukraynada döyüşlərdə hökumət qoşunları 50 nəfər itki verib
Ukraynanın şərqində keçirilən antiterror əməliyyatları zamanı hökumət qoşunları 50 nəfərdən çox itki verib. Həlak olanlar arasında hərbçilər, milis əməkdaşları və "Donbass" özünümüdafiə batalyonunun könüllüləri var. Bu barədə məlumatı Ukraynanın TSN telekanalı yayıb.
Əməliyyat zamanı ölənlərin yarısı Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətdə olub. Lakin Müdafiə Nazirliyi itkilərin sayını rəsmən açıqlamayıb.
Daxili İşlər Nazirliyi əməliyyat dövründə 30-a yaxın əməkdaşını itirib. Onlardan 12 nəfəri Slavyansk üzərində vurulan helikopterdə həlak olub.
Ukrayna hərbçilərindən itkin düşənlər də var. Əsirlikdən sağ qayıdanlar Donetskdəki administrasiya binasının zirzəmisində onlarla əsirin saxlanıldığını bildiriblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı