Zaqataladakı yanğın kənd sakininə ziyan vurdu
Zaqatalada yanğın hadisəsi qeydə alınıb. APA TV-nin məlumata görə, yanğın rayonun Göyəm kəndində, İlqar Muhuma oğlu Ramazanovun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 70 kvadrat metr olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mal tövləsinin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 200 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı tövlədə olan iribuynuzlu mal-qara xilas edilib. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı