Avromaydan yenidən fəallaşdı: Onlar hökumətə nəzarət etmək istəyirlər
Ukraynanın paytaxtı Kiyevdə Kiyevdə "Avromaydan" fəalları yenidən toplaşıblar. APA TV-nin məlumatına görə, onlar hakimiyyətin apardığı siyasətin bəzi məqamları ilə razılaşmadıqlarını bildirirlər. Əsasən millətçilərin və sağ sektor nümayəndələrinin çıxış etdiyi mitinqdə maydançılar onların hökumətə nəzarət etmələrini tələb edib və bunun vacib olduğunu bildiriblər. Əyinlərinə hərbi forma geyinən maydan liderləri Rusiyaya qarşı kəskin şüarlar səsləndiriblər. Mitinq bu dəqiqələrdə davam edir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı