Yanukoviçin və onun ailə üzvlərinin bütün əmlakına həbs qoyuldu
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin və onun ailə üzvlərinin ölkə daxilində olan bütün əmlakına həbs qoyulub.
APA TV-nin məlumatına görə, bu açıqlama ilə Baş prokuror vəzifəsini icra edən Oleq Maxniçki çıxış edib. O, dondurulmuş əmlakın ümumi məbləğini söyləyə bilmədiyini, lakin rəqəmlərin kifayət qədər böyük olduğunu vurğulayıb. Oleq Maxniçki, həmçinin, Yanukoviçin ölkədən kənar bəzi hesablarının dondurulduğu barədə də məlumat verib.
Xatırladaq ki, əvvəl Oleq Maxniçki Yanukoviçlər ailəsinin Rusiyaya 32 milyard dollardan çox nağd pul apardığını bildirmişdi.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı